Bakıda toy karvanında təhlükəli anlar yaşanıb. Bəylə gəlinin olduğu avtomobilin qarşısını kəsən şəxs ölümlə üz-üzə qalıb.
1news.az avtosfer.az-a istinadən xəbər verir ki, digər avtomobillərdən birinin videoqeydiyyat cihazı tərəfindən qeydə alınan hadisə avqustun 11-də, saat 18.15 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.
Videodan da göründüyü kimi, “Mercedes Galendewagen” markalı avtomobil yeniyetmə piyadanı qarşısına alaraq hərəkət edir. Çox güman ki, həmin yeniyetmə köhnə adət-ənənə ilə toy karvanında bəy-gəlin maşınının qarşısını kəsib şirinlik almaq istəyirmiş. Lakin avtomobili idarə edən bəy hərəkəti davam etdirir, yeniyetmə isə əlini maşına söykəyib arxaya qaçır. Bu vəziyyət təxminən 150-200 metr məsafədə davam edir. Lakin bəy pul verməmək üçün maşını saxlamır.
1news.az