Dini Komitə: “Nurçu olan hər hansı dini icma qeydiyyatdan keçməyib”
29 avqust, 2016 11:39
“İndiyədək Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icma üzvləri hər hansı dini cərəyana, o cümlədən nurçuluğa mənsub olan şəxslərdən ibarət dini icma qeydiyyata alınmayıb”.
1news.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, üzvlərindən biri də nurçu olan hər hansı dini icma qeydiyyatdan keçməyib.
G.İsmayılovun sözlərinə görə, artıq necə ildir ki, nurçu dini cərəyanama məxsus dini ədəbiyyatların ölkəyə kütləvi şəkildə idxalına, ixraçına və çapına məhdudiyyət qoymuşuq.
1news.az