“Azərbaycan Hava Yolları” (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilib.
AZAL-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak edib.
Spotterlər Boeing-767, Boeing-757, Airbus A340, A320, həmçinin Boeing 747F və İL-72 yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə ediblər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə biliblər.
Bundan başqa, təşkil olunan ekskursiya çərçivəsində spotterlər Airbus A340-500 təyyarəsinin sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkiblər.
Qeyd edək ki, aviasiya spottinqi təyyarələrin fotoçəkilişi və müşahidəsi və aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.
Tədbirdən qısa video reportaj ilə "Azərbaycan Hava Yolları"-nın rəsmi Facebook səhifəsində tanış olmaq olar: https://www.facebook.com/azalqsc/posts/1122641691161414
1news.az