Xəbərlər

Azərbaycanda meyitlərdən orqan transplantasiyası həyata keçiriləcək
28 avqust, 2016 20:45

Səhiyyə Nazirliyi Azərbaycanda xəstələrə meyitlərdən orqan transplantasiyasının həyata keçirilməsi üçün təlimatlar hazırlayır.

1news.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

M.Kazımi bildirib ki, Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması ilə bağlı real problem beyin ölümü diaqnozunun qoyulmaması, eyni zamanda meyitlərdən orqan köçürülməsi haqqında təlimatların olmamasıdır:

“Səhiyyə Nazirliyi tərəfindən bu təlimatlar artıq işlənilir. Mənə elə gəlir ki, yaxın gələcəkdə meyitlərdən orqan transplantasiyası məsələsi öz həllini tapacaq”.

O qeyd edib ki, bütün inkişaf etmiş ölkələrdə meyit orqanları istifadə edilir. Çünki hər bir insanın canlı donorunun olması şansı yoxdur:

“Bunun üçün də alternativ imkanlar olmalıdır. Donoru olmayan, təcili hallarda əməliyyata ehtiyacı olan insanlar da var. Onlar üçün meyit orqanlarından istifadə oluna bilər. Digər tərəfdən, bu, transplantasiya üçün iki - həm canlıdan, həm də meyit orqanından istifadə etmək şansı verir”.

M.Kazımi bildirib ki, meyit orqanından donor kimi istifadə edildikdə ölən şəxsin qohumundan da razılığın alınması mütləqdir:

“Hazırda bununla bağlı da işlər aparılır. Burada hüquqi məsələlər də var. Çünki müxtəlif ölkələrin təcrübəsi fərqlidir. Elə ölkələr var ki, şəxs sağlığında bəyan edərsə, ölümündən sonra onun orqanları rahatlıqla götürülür. Ancaq elə ölkələr var ki, şəxs öz sağlığında öz orqanını könüllü verəcəyini bəyan etsə belə, o, öldükdən sonra transplantasiya üçün yaxın qohumlarının da razılığı alınmalıdır”.

Qeyd edək ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Qanuna görə, meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.