İraqın şimalında İŞİD terror qruplaşmasının 700 silahlısı məhv edilib.
1news.az “Report”a istinadən xəbər verir ki, terrorçular İraqın Neynəva vilayətinin Əl-Qayara şəhərinin azad edilməsi zamanı məhv ediliblər.
Əməliyyat zamanı həmçinin terror qruplaşmasına böyük maddi ziyan dəyib.
İraq ordusunun Mosul şəhərində əməliyyatlar üzrə komandanı, polkovnik Əmir əl-Cuburi bildirib ki, İŞİD özü də bu itkiləri təsdiqləyib.
Əl-Cuburi qeyd edib ki, Əl-Qayaranın azad olunması ilə terror təşkilatı böyük maliyyə itkiləri ilə üzləşib. "Şəhər neftlə zəngindir və İŞİD üçün ticarət mərkəzi rolunu oynayırdı", - deyə o əlavə edib.
Bir zamanlar əhalisinin sayı 80 min nəfər təşkil edən Əl-Qayara İŞİD tərəfindən işğal olunduqdan sonra şəhər sakinlərinin sayı xeyli azalıb.
1news.az