Sirt şəhərinin İŞİD-dən azad edilməsi üçün son döyüş başlayıb
28 avqust, 2016 16:54
Liviyada İŞİD terrorçularının Sirt şəhərindəki son mövqeyinə hücum başlanıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Sirt şəhəri uğrunda döyüşlər iyunda başlanıb.
Sirtdə İŞİD-ə qarşı hücumda əsasən Liviya Milli Barışıq Hökumətinə qarşı loyal Misrata şəhərinin hərbi dəstələri iştirak edir. Avqustun əvvəlində şəhərin 70 faizi İŞİD-dən azad edilib.
Qeyd edək ki, İŞİD terrorçuları Sirt şəhərini və Liviyanın Aralıq dənizi sahillərinin bir qismini 2015-ci ildə zəbt edib.
1news.az