Azərbaycanın Xalq artisi Aygün Kazımova Daf Bama Music Awards-un namizədləri sırasındadır.
Daf Bama Music Awards mükafatı Daf Entertainment şirkəti tərəfindən dünya artistlərinə musiqi sahəsində nailiyyətlərinə görə verilir. Bu il təntənəli mükafatlandırma mərasimi avqustun 27-də “Barklaykard Arena” stadionunda veriləcək. Burada dəfələrlə dünyaca məşhur artistlərin konsertləri baş tutub.
Azərbaycan şou-biznesinin superstarı Aygün Kazımova “Best Azerbaijani Female Act” adına layiq görülüb. Qeyd edək ki, Aygün bu mükafata layiq görülmüş ilk azərbaycanlı artistdir.
Xalq artisti artıq Hamburqdadır. Daf Bama Music Awards-un təşkilatçıları Aygünü necə qarşıladıqlarını 1news.az oxucuları aşağıda qeyd olunmuş videodan görə bilər.
Ulduzun Daf Bama Music Awards-un qırmızı xalısı üçün obrazını dizayner Gulya Vəkilova, üslubunu isə stilist Ruha hazırlayıb.
Xalq artisti Almaniyaya böyük yaradıcı komandası ilə gedib. Səfərdə Aygün Kazımovanı onun yaxın dostu, müğənni Rəhim Rəhimli dəstəkləyib.
Daf Bama Music Awards mükafatlandırma mərasimi zamanı A.Kazımovanın musiqi prodüsseri gürcü pop-müğənni Stefan Mqrebrişvilidir ki, onun musiqiləri MTV Europe-un xit-paradında səslənir. Qeyd edək ki, S.Mqrebrişvili həmçinin dünyaca məşhur “The Voice” və “X-factor” layihələrinin Gürcüstan versiyasının münsiflər heyətinə daxildir.
1news.az