Bu gün gənclər və idman nazir Azad Rəhimov Quba rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib.
1news.az-ın məlumatına görə, qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Vətəndaşlar tərəfindən edilən müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminat ashələrini əhatə edib.
Gənclər sahəsində edilən müraciətlər sırasında qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.
Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya idman komplesklərinin, idman qurğularının tikintisi və təmiri, uşaq, gənclər və idman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətləri əhatə edib.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
1news.az