İtaliyada daha bir zəlzələ baş verib
26 avqust, 2016 11:42
İtaliyanın mərkəzi hissəsində Amatriçe şəhərində yeni 4,8 bal gücündə zəlzələ müşahidə olunub. Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri şəhərdən beş kilometr uzaqlıqda, ocağı isə 10 kilometr dərinlikdə yerləşir.
Qeyd edək, avqustun 24-də İtaliyanın mərkəzində ard-arda 6,1 və 5,9 bal gücündə zəlzələ baş vermişdi. Dağıntılar əsasən üç bölgədə - Lasio, Umbriya və Markedə müşahidə olunmuşdu. Zəlzələ zamanı 247 nəfər həlak olub, 100-dən çoxu isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
İtaliyada baş verən zəlzələnin qurbanlarının sayı 240-ı ötdü – FOTO – YENİLƏNİB
İtaliyada zəlzələ: Şəhərin yarısı məhv olub – FOTOREPORTAJ
TASS