İmişlidə zəlzələ olub
26 avqust, 2016 11:18
Bu gün Azərbaycanda zəlzələ baş verib.
1news.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 04:09-da Beyləqandan 35 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib.
3,0 bal gücündə olan zəlzələ hiss olunmayıb.
1news.az