Rusiyanın Nijni Novqorod şəhərinin “Striqino” hava limanından Bakıya birbaşa reyslər bərpa edilib.
1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “NTA-Privoljye” nəşri yazıb.
Reysləri “Komiaviatrans” aviaşirkəti yerinə yetirir. “Striqino” hava limanının məlumatına görə, Nijni Novqorod şəhərindən reyslər cümə günləri saat 10:30-dan, Bakıdan isə cümə axşamları 20:15-də həyata keçirilir. Birtərəfli gediş üçün biletin qiyməti 12 min 300 Rusiya rublu və ya 307 manat təşkil edir. Uçuş vaxtı 2 saat 45 dəqiqədir.
Əvvəllər bu istiqamətdə “YUTeyr” və “Azərbaycan Hava Yolları” QSC fəaliyyət göstərib.
“Komiaviatrans” Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Nijni Novqoroddan Azərbaycanın paytaxtı Bakıya beynəlxalq uçuşlar təşkil etmək icazəsini avqust ayının əvvəlində alıb.
1news.az