Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
26 avqust, 2016 10:44
Bu gün Bakının Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat veriblər.
Məlumata görə, Nərimanov rayonunun N.Hacıyev küçəsi ilə F.Yusifov küçəsinin kəsişməsi, 1950-ci məhəllədə yerləşən “RAV” MTK-ya məxsus 120 mənzilli yaşayış binasının qazlaşdırılması məqsədilə çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar avqustun 26-da saat 9-dan 18-dək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonları ərazisinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
1news.az