Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
26 avqust, 2016 15:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində Respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, avqustun 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 118 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 25 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 38 m3/s təşkil edərək ongünlük normanın 55 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühim dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm artım,  Bankədə və Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2015-ci il avqustun 26-da 337 sm), Salyanda 144 sm (2015-ci il avqustun 26-da 122 sm), Bankədə 177 sm (2015-ci il avqustun 26-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 71 sm (2015-ci il avqustun  26-da 70 sm) təşkil edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.