Kolumbiya höküməti və “Kolumbiyanın inqilabi silahlı qüvvələri” (KİSQ) ölkədə 50 ildən çox davam edən münaqişəyə son qoyacaq barış razılığı əldə ediblər.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, hər iki tərəf döyüşçülərin sosial adaptasiyası ilə bağlı məsələlər üzərində birgə işləməyə, münaqişə qurbanlarına müdafiə təmin etməyə, eyni zamanda “sabit və sarsılmaz sülh” qurmağa söz veriblər.
Razılaşmanı Kubanın paytaxtı Havanada Kolumbiya hökümətinin nümayəndəsi Umberto de la Kalle və KİSQ-in əsas danışmanı İvan Markez imzalayıblar.
Qeyd edək ki, 2 ay öncə tərəflər arasında atəşkəs barəsində razılıq əldə olunmuşdu.
Razılığın şərtlərinə əsasən, KİSQ silahlı mübarizədən əl çəkəcək və hüquqi siyasi prosesə qoşulacaq.
Qeyd edək ki, KİSQ 1964-cü ildən Kolumbiya hökümətinə qarşı müharibə aparır.
Bu Latın Amerikasının ən uzun münaqişəsidir.
220 min insan münaqişə dönəmində həyatını itirib, 1 milyondan çox insan isə qaçqın həyatı sürür.
1news.az