İtaliyada güclü zəlzələ baş verib
24 avqust, 2016 09:21
İtaliyanın mərkəzində 6,1 bal gücündə baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub.
1news.az APA-ya istinadən xəbər verir ki, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir.
Bu barədə Amatriçe şəhərinin meri Sercio Pirozzinin bəyanatında bildirilir.
Ölənlər barədə hələlik məlumat daxil olmayıb.
Qeyd edək ki, İtaliyanın mərkəzi hissəsində zəlzələ baş verib.
1news.az