Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata əsasən, şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 25-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.
Rayonlarımızda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şərq küləyi əsəcək gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, günorta vaxtı isti temperatur diskomfortu və bəzi saatlarda havada yaranan durğunluq meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı