Xəbərlər

Oxucu məktubu: Bakının mərkəzi küçələrini təmizləyən kommunal xidmətlərin yaratdığı “mənzərələr” haqda - FOTO
23 avqust, 2016 12:40

1news.az bir sıra kommunal xidmətlərin gördüyü işlərin çatışmazlıqları haqda dəfələrlə yazıb.

Bəzən bu və ya digər problemlərin səbəbləri araşdırmaq cəhdimiz onların həlli ilə nəticələnib. Bəzən isə əksinə, müxbirlərimiz hətta yerli icra orqanlarının nümayəndələri ilə belə əlaqə saxlaya bilməyiblər. Lakin hər halda biz, yalnız müraciətlərin (şikayətlərin) mahiyyətini deyil, eləcə də müvafiq orqanların mövqelərini də əks etdirməyə çalışmışıq.

Doğrusu, bu dəfə redaksiyamıza gələn məktubda əks olunan problem haqda əlavə şərh etməyə ehtiyac yoxdur. 

Burada yalnız Nəsimi rayonunun icra hakimiyyəti orqanının, eləcə də Bakı meriyasının zibilliklərin yığışdırılması ilə bağlı məsuliyyət daşıyan kommunal xidmətlərin ünvanına müvafiq göstəriş olmalıdır.  

Bütün bunlar redaksıyamıza göndərilmiş məktub və fotolarda öz əksini tapıb:

“İcra hakimiyyəti orqanlarına: evlərimizi zibilləməyi dayandırın!

“Hörmətli 1news.az redaksiyası,

Xahiş edirik ki, problemimizi işıqlandırasınız. Fikrimizcə, bu, çox vacibdir. Bu cür problemlə şəhərin demək olar ki, hər bir küçəsi qarşılaşır. Məsələ burasındadır ki, gecə saatlarında zibilliklərin yığışdırılmasından sonra həyətlərimiz tamamilə çirklənir.

Başqa sözlə desək, zibil qutularının təmizlənməsilə məşğul olan xidmətlər bunu elə dəhşətli tərzdə həyata keçirir ki, bundan sonra nəinki küçəyə çıxmaq, hətta evdə oturmaq da çətin olur. Belə ki, zibilliyin pis qoxusu evlərə dolur.

Vəziyyət ona görə mürəkkəbdir ki, yaşadığımız küçədə (söhbət Bəşir Səfəroğlu küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsi, yəni şəhərin mərkəzində Fəvvarələr meydanına yaxın) zibil qutuları həyətimizin girəcəklərində (şəhərin mərkəzində yer az olduğu üçün) yerləşir.

Beləliklə, küçəyə çıxmaq üçün yığışdırmaq əvəzinə, sanki qəsdən həyət və küçəyə dağıdılmış zibilin üzərindən keçməli oluruq. Bununla yanaşı, bəzən zibil qutuları da çevrilmiş halda olur.

Başa düşürük ki, bu insanların gördüyü iş xoşagəlməzdir, lakin bunu bir az mədəni formada da həyata keçirmək olar. Əgər biz zibillərimizi evlərimizin qarşısına səpələsək bu, onların xoşuna gələr?

Dəfələrlə müvafiq xidmətlərə zəng vurmuşuq. Burada problemimizin həll edəcəklərinə söz veriblər. Lakin... zibillər hələ də burdadır.

Səmimi olaraq ümid edirik ki, müraciətimiz vacib olan bu məsələyə diqqət yetirilməsinə kömək edəcək. Axı söhbət yalnız estetik görünüşdən getmir.

Zibillərin səpələnməsi – bu, Allah bilir, hansı mikrobların yayılmasının riskini artırır. Eləcə də mərkəz küçələrdə gəzən turistlər qarşısında bizləri pis vəziyyətə qoyur. Axı dövlət turistllərin  gözləri qarşısında müvəffəqittli, təhlükəsiz, komfotrlu və müasir Bakı obrazını yaratmağa çalışır, xarabalıqlar deyil. Eləcə də, hansısa kommunal xidmətə görə dövlətin bu möhtəşəm işinin sıfıra endirilməsi yolverilməzdir.

Müvafiq dövlət orqanlarından çox xahiş edirik, bu problemimizi həll etsinlər və evlərimizi zibilləməyi dayandırsınlar!...

Hörmətlə,

Bir qrup oxucu.

PS: aşağıda fotoları təqdim edirik”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.