Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
23 avqust, 2016 11:20

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 60 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 29 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 13,5 m3/s təşkil edərək ongünlük normanın 20 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühim dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 360 sm (2015-ci il avqustun 22-də 343 sm), Salyanda 140 sm (2015-ci il avqustun 22-də 116 sm), Bankədə 185 sm (2015-ci il avqustun 22-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 68 sm (2015-ci il avqustun 22-də 57 sm) təşkil edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.