Hindistan sakininin mədəsindən 40 bıçaq çıxarılıb
23 avqust, 2016 09:28
Hindistan sakininin mədəsindən son iki ay ərzində udduğu onlarla bıçağı çıxarmaq üçün cərrahi əməliyyat lazım gəlib.
Metal əşyaları yemək mərəzinə tutulmuş hindistanlının əməliyyat hazırlığı iki gün, əməliyyatın özü isə 5 saat davam edib. Əməliyyat nəticəsində onun mədəsində əsasən qatlanan cib bıçaqları aşkarlanıb. Onların bəziləri artıq çürüməyə başlayıb.
Uğurla keçən əməliyyatdan sonra 42 yaşlı pasiyent yalnız psixoloqu ziyarət etdikdən sonra xəstəxanadan buraxılacaq. Mütəxəssislər onun nadir psixoloji pozğunluqdan əziyyət çəkdiyini güman edirlər.
Interfax