Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin avqust ayı ərzində Bakı şəhəri və respublika ərazisində yerləşən 11 mehmanxanaya ulduz dərəcə sertifikatları verilib.
Belə ki, “CHINAR Hotel & Spa Naftalan”, “El Resort”, “Ayan Palace” mehmanxanaları 5, “Kür Hotel”, “Ober-Lux”, “Elfaro”, “Atlant”, “AF Hotel”, “Afra Hotel” və “Opera Hotel” mehmanxanaları 4, “Lotos” mehmanxanası isə 3 ulduz dərəcə sertifikatı alıb.
Qeyd edirik ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-ə çatıb.
Təsnifatdan keçmiş mehmanxanaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq olar:
http://mct.gov.az/upload/1471933506hotel_stars_2016.pdf
1news.az