Xəbərlər

Madrid Klubunun növbəti illik toplantısı Qəbələdə keçiriləcək
23 avqust, 2016 14:16

Dekabrın 7-8-də Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək. Beynəlxalq musiqi festivallarına və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edən, Azərbaycanın turizm şəhəri kimi tanınan Qəbələ artıq dünyanı narahat edən problemlərin müzakirə olunduğu, siyasi diskussiyaların aparıldığı mərkəzə çevrilir.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 100-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı Qəbələdə toplaşacaq.

Qeyd edək ki, Madrid Klubu özündə 56 ölkədən 80 sabiq prezident və baş naziri birləşdirən nüfuzlu beynəlxalq siyasi təşkilatdır. Qurumun məqsədi demokratiyanı təşviq etmək, demokratik institutları möhkəmləndirmək, siyasi münaqişələrin həllində, böhran və böhrandan sonrakı situasiyalarda tövsiyələr verməkdir.

Madrid Klubunun Nizami Gəncəvi Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Klubun prezidenti, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.