Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə zəruri tədbirləri davam etdirir.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, hazırda Bakı şəhərində 1,2,3,5,6,7,8,13,14 saylı marşurt xətlərindəki avtobuslarda eləcə də metronun 28 may stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən Ekspress avtobusda kart ödəniş sistemi tətbiq edilməkdədir.
Yaxın vaxtlarda 18, 61, 65, 79, 85, 96 marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçid təmin ediləcək.
Kart sistemi tətbiq ediləcək marşrut avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır.
Qeyd edək ki, artıq həmin marşrut xəttində işləyən avtobuslarda “Bakı kart” sisteminə keçidin sentyabrın 1-də ediləcəyi barədə elanlar vurulub.
1news.az