Olimpiadada ən çox medal qazanan ölkələr - SİYAHI
22 avqust, 2016 11:56
Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında ən çox medalı ABŞ qazanıb.
1news.az xəbər verir ki, ABŞ idmançıları 46 qızıl, 37 gümüş, 38 bürünc medal qazanıblar.
Böyük Britaniya 27 qızıl, 23 gümüş və 17 bürünc medalla 2-ci pilləni tutublar.
3-cü yerdə isə Çin yığması qərarlaşıb - 26 qızıl, 18 gümüş, 26 bürünc medal. 4-cü və 5-ci yerləri isə Rusiya (19 qızıl, 18 gümüş, 19 bürünc) və Almaniya (17 qızıl, 10 gümüş, 15 bürünc) tutub.
1news.az