Almaniya İsveçrə ilə sərhəd nəzarətini gücləndirib
22 avqust, 2016 11:00
Qeyri-qanuni miqrantların axınının qarşısını almaq üçün Almaniya İsveçrə ilə sərhəd nəzarətini gücləndirib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu haqda İsveçrənin maaliyə naziri Uli Mauer bildirib.
Onun sözlərinə görə, Almaniya miqrantlarla bağlı öncə göstərdiyi yumşaq siyasəti artıq sərgiləmir.
“Berlin sərhədin gücləndirilməsi məqsədi ilə 90 sərhədçi və 40 polis göndərəcək”
1news.az