Braziliya polisi İrlandiyanın Olimpiya Şurasının (İOŞ) üç yüksək rütbəli rəsmisinin pasportları, telefonları və kompüterlərini götürüb.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, bu, qanunsuz bilet satışı qalmaqalına dair açılmış cinayət işilə əlaqəlidir.
Rəsmilərdən biri Şimali İrlandiyadandır.
Çərşənbə günü qanunsuz bilet satışı iddiası ilə İOŞ-un sabiq prezidenti, Bakıda keçirilən ilk Avropa Oyunları onun ideya müəllifi Patrick Hickey həbs edilib.
O Rioda Bangu 10 həbsxanasında THG Sports şirkətinin direktoru Kevin Mallon ilə birgə saxlanılır.
RTÉ və The Irish Times yazır ki, rəsmilər arasında İOŞ-un baş meneceri, keçmiş Olimpiya qızıl medal qalibi Stephen Martin də var.
Digər iki nəfər isə İOŞ-un baş direktoru Dermot Henihan və İrlandiyanın Olimpiya missiyasının rəhbəri Kevin Kilty-dir.
Lakin bazar günü heç bir həbs gerçəkləşməyib.
Həmçinin məlumat verilir ki, Braziliya polisi İrlandiyanın Futbol Assosiasiyasının baş menecerinin və İOŞ-un vitse-prezidenti John Delaney, icraedici prezident Willie O'Brien və İOŞ rəsmisi Linda O'Reilly-nin pasportlarını da axtarır.
RTÉ deyir ki, bu rəsmilərin qanunsuzluq etməsinə dair hələlik heç nə yoxdur.
İOŞ-un gecə verdiyi bəyanatda deyilir ki, Braziliyada baş vermiş hadisələrə cavab vermək üçün böhran idarəsi komitəsi yaradılacaq.
Bundan başqa, qurum beynəlxalq mühasibatlıq şirkətindən Rioda bilet satışının təşkili ətrafında müstəqil araşdırma aparılmasını istəyə bilər.
Araşdırma bu işlə bağlı məhkəmə zamanı hakimə təqdim ediləcək.
İOŞ rəsmiləri çərşənbə axşamı günü ifadə vermək üçün polisə getməyə razı olublar.
"İOŞ-un ofisində idmançıların ailələri və dostları üçün saxladığı istifadə edilməmiş biletləri var idi. Polis onları da götürüb," qurum bildirib.
1news.az