Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 26 avqust 2016-cı il tarixində Naftalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
1news.az-ın verdiyi xəbərə görə, qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490-24-08 (daxili 105 və 200)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi: (2235) 2-31-44, (2020) 5-56-05
1news.az