Xəbərlər

Ağıllı insanları digərlərindən fərqləndirən xüsusiyyətlər
21 avqust, 2016 20:58

Ağıllı insanların həyata və özlərinə münasibəti də fərqli olur. Onların hadisələri dəyərləndirmə bacarığı, təhlili, fərqli aspektlərdən yanaşması xarakterlərinin güclü tərəfləri ilə bağlıdır.

1news.az pahoo.az-a istinadən sizə yüksək intellektə sahib olan insanların 4 fərqli xüsusiyyətini təqdim edir. Əgər sizdə də bu xüsusiyyətlər varsa, deməli həyatda bir neçə addım öndəsiniz.

Özləri üçün xüsusi zaman ayırırlar

Ağıllı insanlar həyatın bütün depressiv və mənfi tərəflərini dərk etsələr də, bu, onları həyatdan soyumağa doğru itələmir. Onlar gün ərzində bəzi anları sırf özlərinə sərf edərək, irili-xırdalı təhlillər aparır, bəzən isə sadəcə ətraf aləmi müşahidə edərək beyinlərinin istirahət etməsinə şərait yaradırlar.

Kumirlərə, pərəstiş etmək üçün hər hansı bir insana ehtiyac hiss etmirlər

Ağıllı insanlar müasir günün məşhurlarına oxşamaq ehtiyacı qətiyyən hiss etmirlər. Onlar üçün kumir yoxdur. Öz daxili güclərini dərk edir və insanların bacarıqlarına hörmət edirlər. Bacarıqlarına hörmət etdikləri insanları dəstəkləyir, lakin heç bir halda onları ideallaşdırmır, istənilən mövzuda öz fikirlərini açıq-aydın bəyan edə bilirlər.

Dəbdə olan idealları sorğulayırlar

Gözəllik, dəb, ağıl, biznes... Hər dövrün özünə uyğun standartları mövcud olur. Adətən cəmiyyətin 80-90 faizi tərəfindən qəbul edilən bu anlayışları ancaq ağıllı insanlar sorğulayır, tənqid etmək cəsarətinə sahib olur və bir çox hallarda isə qəbul etmirlər. Onların özünəməxsus standartları var və hər kəsin də şəxsi standartlarının olmasının tərəfdarıdırlar.

Daima öyrənmək "aclığ"ı hiss edirlər

Ağıllı insan dərk edir ki, insan ömrü boyu - sağlamlığı buna icazə verdiyi qədər oxumalı və öyrənməlidir. Kitablar, araşdırmalar, internet aləminin bizə bəxş etdiyi saysız-hesabsız resurslar da bunun üçün inanılmaz böyük imkanlar yaradır. Daima oxuyan insanlar daima yenilənirlər və hər zaman özlərini gənc hiss edirlər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.