Roma Papasından Türkiyə ilə bağlı çağırış
21 avqust, 2016 20:35
Bu gün Roma Papası Fransisk ənənəvi ibadət mərasimi zamanı dindarlara müraciətində onları Türkiyənin Qaziantep şəhərində "qəddar sui-qəsd" nəticəsində həyatını itirənlərə dua etməyə çağırıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Roma Papası Allahdan dünyaya sülh bəxş etməsini istəyib.
Qeyd edək ki, şənbə günü Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 50 nəfər ölüb, 94 nəfər yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktının İŞİD terror təşkilatı tərəfindən törədilməsinin ehtimal olunduğunu bildirib.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı