14 yaşlı qız hamamda faciəvi şəkildə öldü
21 avqust, 2016 19:08
Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.
Hüquq-mühafizə orqanları araşdırma aparır.
1news.az