Çayda batan gəncin cəsədi tapıldı
21 avqust, 2016 17:52
Avqustun 20-də Araz çayının Saatlı rayonunun Nərimanov kəndi ərazisindən keçən hissəsində batmış gəncin meyiti tapılıb.
1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az