Polis kuklanı canlı körpə bilib, süni nəfəs verdi
21 avqust, 2016 17:08
ABŞ-da isti havada avtomobildə kuklanı görən polis, parkda yeni doğulmuş körpənin avtomobildə unudulduğunu zənn edib, ona süni nəfəs verib.
1new.az atv.az-a istinadən bildirir ki, avtomobilin şüşəsini qıraraq, körpəni bayıra çıxarmaq istəyən polis onun öldüyünü zənn edib, ürək masajı edərək, hətta təcili tibbi yardım da çağırıb.
İlk baxışdan kuklanı canlı körpədən fərqləndirmək çətin olsa da, sonradan polis bunu canlı yox, kukla olduğunu bilib. Maşının sahibi 20 yaşlı qadın oğlu öldükdən sonra canlı körpəyə oxşayan kuklaların kolleksiyasını yığdığını bildirib.
1news.az