Fəhlə 14-cü mərtəbədən yıxılaraq öldü
20 avqust, 2016 16:05
Bakıda tikintidə işləyən fəhlə yıxılaraq ölüb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hadisə avqustun 18-də Nərimanov rayonu ərazisində yerləşən yeni inşa edilən binalardan birində baş verib.
Orada fəhlə işləyən Abşeron rayon sakini Hüseyn Hüseynov ehtiyatsızlığı nəticəsində 14-cü mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az