Azərbaycanın Quba rayonunda intihar hadisəsi baş verib.
1news.az-a rayonun Polis şöbəsindən verilən məlumata görə, Xaltan kəndinin 55 yaşlı sakini Bayram Seyidov yaşadığı evdə özünü asıb.
Qeyd edək ki, B.Seyidov Bakı Dövlət Universitetini bitirib və uzun müddət kənd məktəbində müəllim işləyib.
İntihardan öncə o, Facebook sosial şəbəkəsində həyəcanlı statuslar paylaşıb:
“585 dostla ayrılamaq (((( ancaq ruhum sizi bağışlamayacaq, “İndi biz görüşə bilməsək də, o biri dünyada görüşərik. Orada da diktə ilə danışacaqsınız? Təəssüf(((...”
Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırmaq) maddəsi üzrə iş açılıb.
Vəfat etmiş valideynlərinin şəkillərinin aşağısından yazıb:
“Qollarınızı açın, indi biləcəyəm sizlərdən kim məni daha çox istəyirdi”.
1news.az