İmişlidə yeraltı təkan olub
19 avqust, 2016 20:05
Azərbaycanda zəlzələ baş verib.
1news.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Qurumdan bildirilib ki, yerli vaxtla saat 18:11-də Beyləqandan 33 km şimal-şərqdə, İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3 bal, dərinliyi 27 km olan zəlzələ hiss olunmayıb.
1news.az