Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq
19 avqust, 2016 19:18
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında 20-23 avqust 2016-cı il tarixində saat 18:00-da etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.
1news.az nazirliyin saytına istinadən xəbər verir ki, konsert proqramlarında Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” ansamblları iştirak edəcəklər.
Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.
1news.az