Çində 600 yalançı rahib ifşa olundu
18 avqust, 2016 22:49
Xüsusi inspeksiya qrupu Çinin müqəddəs Utay dağında özünü rahib kimi qələmə verən 600 nəfəri ifşa edib.
1news.az-ın Sinhua-ya istinadən verdiyi məlumata əsasən, bu əməliyyat, ölkənin müqəddəs məkanlarından birinin yerləşdiyi, Çinin şimalındakı Şansi əyalətində aparılıb.
Hər il buraya milyonlarla zəvvar və turist gəlir.
“Biz onlarla mübarizədə bir çox metoddan istifadə etmişdik, lakin rahiblərdən ibarət inspeksiya qrupu daha effektiv oldu”, - deyə Utay dağının dini işlər üzrə direktoru qeyd edib.
1news.az