KİV-lər: Hələbdə ağır humanitar vəziyyət sürür
18 avqust, 2016 22:33
Suriyada yerləşən Hələb şəhərinin şərqində humanitar vəziyyət ağır olaraq qalır.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Hələb şəhərində müxalifətçilər və ya ölkə hakimiyyətinin idarə etdiyi rayon və kvartaldan asılı olmayaraq vəziyyət ağırdır.
“Şəhərin şərq hissəsi müxalifətin əlindədir, o biri tərəf isə Suriya ordusunun əlində. Müəyyən fərqlərə baxmayaraq, vəziyyət ağır olaraq qalır”, - deyə məlumatda deyilir.
1news.az