Rioda həyatını itirən alman avarçəkənlərin məşqçisi orqan donoru oldu
18 avqust, 2016 21:44
Rio-de-Janeyroda həyatını itirən avarçəkmə üzrə Almaniya yığmasının məşqçisi Ştefan Ventse orqan donoru oldu və bunun sayəsində 4 nəfərin həyatı xilas oldu.
1news.az-ın Die Welt-ə istinadən verdiyi məlumata əsasən, həkimlər onun qara ciyərini, ürəyini və böyrəklərini uğurlu olaraq digər insanlara transplantasiya ediblər.
Qeyd etmək lazımdır ki, avqustun 12-si Ventse yol qəzasına uğramışdı.
Lakin çatdırıldığı xəstəxanada lazımi avadanlığının olmaması səbəbindən onun həyatını xilas etmək mümkün olmamışdı.
O avqustun 16-sı xəstəxanada keçinmişdi.
1news.az