Şimalı Koyedan olan gimnast Ri Se Guang Rio de-Janeyrada keçirilən Olimpiya oyunlarında qızıl medal qazanıb. Lakin buna baxmayaraq, mükafatlandırma mərasimində çempionun kədərli halı diqqətlərdən yayınmayıb.
1news.az-ın hurriyet-ə istinadla verdiyi xəbərə görə, bu da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Ri üçün “Rio-nun ən kədərli çempionu” şərhləri yazılıb. Mirror qəzeti belə bir şərhi qeyd edib:
“Yazıq, onun üçün ən yaxşısını diləyirəm. Dünyada heç kəs qorxu və kədər içində yaşamağa layiq deyil. Hər kəs azad ölkədə yaşamaq istəyir. Bu görüntülərdə qürur yoxdur, qorxu ifadəsi həkk olunub”.
Hətta idmançının mükafatlandırma mərasimində göz yaşlarına hakim olduğu da irəli sürülür. Lakin Ri özü bu iddiaları təkzib edərək, belə bir açıqlama verib:
“Özümü çox yaxşı hiss edirəm. Çünki qazandığım bu medalla liderimizə zəfər hisslərini yaşadacağam”.
1news.az