“Qafqaz Universitetinin müəllim heyətində artıq 1 nəfər belə Türkiyə vətəndaşı olan müəllim qalmayıb”.
1news.az xəbər verir ki, bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov lent.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, işdən çıxarılan 50-yə yaxın türkiyəli müəllimin əvəzinə yerli kadrlara üstünlük verilməsi daha məqsədəuyğun sayılıb.
E.Qasımovun bildirib ki, müqaviləsinə xitam verilən türk müəllimlərin yerinə təyin olunmuş yerli kadrlar əsasən Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan yerli mütəxəssislərdir.
Rektor deyib ki, türkiyəli müəllimlərin işdən çıxarılması ilə bağlı Türkiyə Səfirliyi və ya Türkiyə hüquq-mühafizə orqanlarının tələbi olmayıb:
“Sadəcə onların əmək müqaviləsi bitib, biz də müqaviləni yeniləmədik və fikirləşdik ki, yerli kadrlara üstünlük versək, daha doğru olar”.
Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.
1news.az