Əfqanıstanlı miqrant Almaniyada 4-yaşlı uşağı zorlayıb
17 avqust, 2016 10:21
Almaniyada qaçqın sığıncağına yerləşdirilmiş Əfqanıstanlı miqrant 4-yaşlı iraqlı oğlan uşağını zorlayıb.
1news.az-ın Daily Mail-ə istinadən verdiyi məlumata əsasən, uşağın atası 22-yaşlı əfqan miqrantı tualetdə öz uşağı ilə birlikdə tapıb, lakin şübhələnməyib.
Lakin uşağın anası daha şübhəli olduğu üçün oğlunu sorğu-suala tutub və nəticədə uşaq nə baş verdiyini deyib.
Aparılan DNT analizi uşağın zorlandığını sübuta yetirib.
1news.az