Bakının İzmir və C.Məmmədquluzadə küçələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
17 avqust, 2016 18:43
Bakı şəhərinin Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 18-də gün ərzində İzmir və C.Məmmədquluzadə küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
1news.az