Avropa Olimpiya Komitələrinin rəhbəri həbs edilib
17 avqust, 2016 16:47
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib,
1news.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.
Məlumata görə, həbs “Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır. 71 yaşlı AOK rəhbəri, biletləri baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir.
Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb. Polisin bildirdiyinə görə, onlar cənab Hikkini həbs etməyə gələndə o, qaçmağa cəhd edib.
Cənab Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir. Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.
1news.az