Müğənni özündən 20 yaş kiçik aktyora ərə gedir - FOTO
17 avqust, 2016 14:54
Popun şahzadəsi, 48 yaşlı müğənni Kayli Minoqun çətin günləri geridə qalıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, avstraliyalı sənətçi özündən 20 yaş kiçik nişanlısı, 28 yaşlı aktyor Joshua Sesse ilə evlənəcəyini açıqlayıb.
“Kayli mənə hər gün yaşadığımı hiss etdirir. Sehr, həyəcan, əyləncə və seks ... Kayli deyincə ağlıma gələn bunlardır. Sevginin yaşı olmaz, Məndən daha yetkin bir qadına aşiqəm”, - deyə ingilis aktyor bildirib.
Kayli və Joshunanın gələn il ailə həyatı quracaqları da məlum olub. Məşhur cütlük isə yayılan xəbərləri təsdiq edib.
1news.az