Azərbaycanda bir gündə üç nəfər çimərkən boğulub
17 avqust, 2016 13:26
Avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Massallı rayon sakini Amil Əliyev çimərkən boğulublar.
1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, V.Qədirovun meyiti çıxarılmış, A.Əliyevin meyitinin tapılması üçün tədbirlər görülür.
Dünən daha bir suda boğulma hadisəsi Lənkəranda baş verib. Rayon sakini Elmar İslamzadə çimərkən boğulmuşdur. Meyit sudan çıxarılıb.
Faktlarla bağlı araşdırma aparılır.
1news.az