İlham Əliyev İndoneziya prezidentini təbrik edib
16 avqust, 2016 18:42
Prezident İlham Əliyev İndoneziyanın prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
1news.az