Xəbərlər

Avqustun 20-si “Şahdağ” Turizm Mərkəzində xüsusi əyləncəli konsert proqramı təşkil ediləcək
15 avqust, 2016 19:51

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində 20 avqust tarixində “Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramı təşkil ediləcək.

Turizm mərkəzindən 1news.az-a verilən məlumata əsasən, həmin gün mərkəzə üz tutanlar simvolik qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanacaq, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı əldə edəcəklər.

Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün həm böyüklərin, həm də uşaqların zövqünü oxşayacaq əyləncəli proqram nəzərdə tutulmuşdur. Azyaşlı qonaqlarımızın marağına səbəb olacaq animatorların müşaiyəti ilə təşkil olunacaq xüsusi şou-proqram onların xatirində uzun müddət qalacaq.

Həmçinin açıq havada, dağların ətəyində canlı musiqi ilə yanaşı DJ-lərin performansı yaşından asılı olmayaraq hər kəsin zövqünü oxşayacaq. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

“Şahdağ” Turizm Mərkəzinə turistlərin istəyindən asılı olaraq onların gediş-gəlişini təmin etmək üçün qabaqcadan qeydiyyatdan keçməklə tədbir günü komfortlu avtonəqliyyat təmin olunacaq. Biletləri Bakı şəhəri Bülbül prospekti 26 ünvanında yerləşən “Şahdağ” Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü “Şahdağ” Turizm Mərkəzinin kassalarından əldə etmək mümkündür.

Tədbir haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz

Qeyd edək ki, keçən ilin avqust ayında təşkil olunan eyniadlı tədbir qonaqların xeyli marağına və məmnunluğuna səbəb olduğundan “Şahdağın hədiyyəsi” adlı bu cür “açıq qapılar” gününün ənənəvi şəkildə hər il keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.