REAL hərəkatının dünən həbs edilən icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
1news.az xəbər verir ki, bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib.
O bildirib ki, Natiq Cəfərli barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər.
Vəkil N. Cəfərlinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirildiyini də deyib.
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
1news.az