“Microsoft” tez bir zamanda oyun həvəskarlarının rəğbətini qazanan “Beam” şirkətini alıb.
1news.az Technote-yə istinadən xəbər verir ki, yanvar ayında qurulan “Beam”, sahib olduğu texnologiya ilə diqqət çəkməyi bacarmışdı.
Techcrunch Disrupt New York 2016-da təşkil olunmuş Battlefield-da qazanan "Beam”, oyun sevərlərin oyunu daha real qəbul etməsi, oyunçunun özünü oyunda hiss etməsinə şərait yaradan istiqamət seçmə funksiyasını aktivləşdirməklə buna nail ola bilmişdi.
Standart digital yayımlarda 2-10 saniyə arasında geçikmə olduğu halda, "Beam” inkişaf etdirdiyi texnologiya ilə bu geçikməni millisaniyələrə qədər azaltmağa nail ola bildiyini iddia edir. "Microsoft”un, "Beam”la bağlı hansı planlarının olduğu hələki sirr kimi saxlansa da, Xbox platforması üçün bunun faydası olacağı bildirilir.
"Beam”in yaradıcısı Matt Salsamedli öz komandası ilə birgə bu platformanın içində yer alacaq.
1news.az