Xəbərlər

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır
12 avqust, 2016 17:58

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5% artaraq iyul ayının 1-i vəziyyətinə 9755,5 min nəfərə çatıb.

1news.az-a Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,1 təşkil edib. Doğulan körpələrin 53,4%-i oğlan, 46,6%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 1412-si əkiz, 36-sı isə üçəm doğulub.

Bu ilin birinci yarısında ölkədə 28,4 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.